AHİK-in növbədənkənar VII qurultayı keçirilib
Avqustun 26-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) növbədənkənar VII qurultayı keçirilib.AHİK sədri, VI çağırış Milli Məclisin deputatı Səttar Möhbalıyev iştirakçıları salamlayıb və qurultayı açıq elan edib. Sonra Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.Reqlamentə uyğun olaraq, qurultayın Redaksiya və Hesablayıcı komissiyalarının tərkibi və Katibliyin üzvləri seçilib, gündəlik təsdiqlənib. qurultayın gündəliyinə təşkilati məsələ daxil edilib.Tədbirdə çıxış edən AHİK sədri Səttar Möhbalıyev Konfederasiyaya rəhbərlik etdiyi ötən müddət ərzində görülmüş işlərdən, qazanılmış nailiyyətlərdən, həmkarlar ittifaqlarının hüquqlarının, onların üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi naminə atılmış real addımlardan danışıb, göstəriciləri səsləndirib, eləcə də Azərbaycan həmkarlar ittifaqlarının beynəlxalq nüfuzundan bəhs edib.Sonra Səttar Möhbalıyev Milli Məclisin deputatı kimi işinin çoxluğunu nəzərə alaraq AHİK sədrliyindən istefa verdiyini açıqlayıb. Onun istefası səsə qoyulub və qurultay iştirakçıları tərəfindən qəbul edilib.Qurultayda AHİK-in sədri vəzifəsinə seçki keçirilib. Sədr vəzifəsinə Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin qurultay nümayəndəsi Sahib Əli oğlu Məmmədovun namizədliyi irəli sürülüb və o, açıq səsvermə qaydasında yekdilliklə AHİK-in sədri seçilib.Sahib Məmmədov ona etimad göstərən qurultay iştirakçılarına təşəkkür edib, Azərbaycan həmkarlar ittifaqlarının inkişafı, üzvlərinin əmək hüquqlarının qorunması, onlar üçün normalara uyğun iş şəraitinin yaradılması, istirahətlərinin təşkili və sağlamlıqlarının qorunması istiqamətində səylə çalışacağını vurğulayıb. Bildirib ki, Konfederasiyanın fəaliyyətində bundan sonra da şəffaflıq, bərabərlik, inklüzivlik təmin etdiriləcək, qabaqcıl təcrübələr tətbiq olunacaq, xarici ölkələrin həmkarlar ittifaqları ilə münasibətlər genişləndiriləcək, eləcə də ölkəmizdə həmkarlar ittifaqlarının nüfuzunun daha da artırılması naminə real addımlar atılacaq.1-4.jpg 91.07 KB3-4.jpg 78.2 KB5-4.jpg 123.04 KB6-4 (1).jpg 62.3 KB7-3 (2).jpg 101.87 KB
26.08.2024
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin II Məclisi keçirilib
Avqustun 22-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ Respublika Komitəsi) II Məclisi keçirilib. ATİAHİ-nin sədri sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin sədrliyi ilə keçirilən iclasda Məclisin gündəliyi təsdiq edilib. İclasda təşkilati məsələyə baxılıb.Məclisdə çıxış edən S.Möhbalıyev ATİAHİ-yə rəhbərlik etdiyi müddətdə görülmüş işlərdən, əldə olunmuş uğurlardan danışıb. Çıxışının sonunda o, Milli Məclisin deputatı kimi işinin çoxluğunu nəzərə alaraq ATİAHİ Respublika Komitəsinin Məclis, Rəyasət Heyəti üzvlüyündən, Respublika Komitəsinin sədrliyindən istefa verdiyini açıqlayıb. S.Möhbalıyevin istefası Məclis üzvləri tərəfindən qəbul edilib.Sonra ATİAHİ Respublika Komitəsinin Rəyasət Heyəti üzvləri arasında qismən dəyişiklik edilib və təşkilata yeni sədr seçkisi həyata keçirilib. Məclis üzvlərinin açıq səsverməsi yolu ilə keçirilən seçkidə Araz Nadir oğlu Paşayev ATİAHİ-nin sədri seçilib.ATİAHİ-nin yeni sədri A.Paşayev ona etimad göstərən Məclis üzvlərinə təşəkkür edib, rəhbərlik etdiyi qurumun səmərəli fəaliyyəti, təhsil işçilərinin əmək, sosial, iqtisadi hüquqları və qanuni mənafelərinin müdafiəsi ilə bağlı səylə çalışacağını vurğulayıb.1-3.jpg 187.78 KB6-3 (1).jpg 230.29 KB4-3.jpg 109.62 KB7-2 (1).jpg 116.95 KB2-3.jpg 328.48 KB5-3 (1).jpg 168.31 KB3-3.jpg 461.07 KB
22.08.2024
Xaçmazda “Təhsil” İstirahət Mərkəzinin yeni korpusunun açılışı olub
İyulun 22-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən “Təhsil” İstirahət Mərkəzində yeni tikilən korpusun açılışı olub.Açılış mərasimində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, VI çağırış Milli Məclisin deputatı Səttar Möhbalıyev, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, ATİAHİ RK-ya üzv təşkilatların rəhbərləri və KİV nümayəndələri iştirak ediblər.AHİK sədri binaya baxış keçirib. Bildirilib ki, üçmərtəbəli korpusda ümumilikdə 45 otaq var. Otaqlardan 12-si 3 nəfərlik, 33-ü isə 5 nəfərlikdir. Bütün otaqlar kondisioner, televizor və soyuducu ilə təchiz olunub.Konfederasiya sədri istirahət mərkəzinin ərazisində yeni tikilmiş 2 kotecin də açılışını edib. Məlumat verilib ki, koteclər ikimərtəbəlidir və hər kotec 10 nəfər üçün nəzərdə tutulub (ümumilikdə 20 nəfər). Koteclərdə ittifaq üzvlərinin rahat dincəlməsi üçün hər cür zəruri şərait yaradılıb.Bunlardan başqa, mərkəzin ərazisində istirahət edənlərin çimib sərinləməsi üçün daha bir hovuz tikilib. İki hissədən ibarət olan hovuz böyüklər və uşaqlar üçün nəzərdə tutulub. Hovuz vaxtaşırı təmizlənib dərmanlanır, xlorlama və dezinfeksiya əməliyyatları aparılır.Həmçinin istirahət məkanının yeməkxanası və mətbəxi yenidən təmir olunaraq genişləndirilib. İstirahətdə olanlar burada milli və Avropa mətbəxlərinin müxtəlif təamlarından dadırlar.Yeni tiklilərlə tanışlıqdan sonra Konfederasiya sədri Səttar Möhbalıyev istirahət mərkəzinin ərazisini gəzib, korpus otaqlarına və kotteclərə baxıb, ittifaq üzvlərinin dincəlməsi üçün yaradılmış şəraitlə yaxından tanış olub. Həmçinin sədr mərkəzdə dincələn insanlarla söhbətləşib, istirahətləri ilə maraqlanıb, fikirlərini və təkliflərini öyrənib. AHİK sədri mərkəzin rəhbərliyinə texniki təhlükəsizlik qaydalarına və təmizliyə ciddi əməl olunması barədə tapşırıqlarını verib.Sonda AHİK sədri Səttar Möhbalıyev jurnalistlərin suallarını cavablandırıb. Bildirib ki, 2013-cü ildə istifadəyə verilən “Təhsil” İstirahət Mərkəzi 10 hektardan artıq ərazini əhatə edir: “Buraya yeni tikililərlə birlikdə üçmərtəbəli 3 yaşayış korpusu, kotteclər, yeməkxana, idman zalı, futbol və voleybol meydançaları, açıq və qapalı hovuzlar, ilkin tibbi yardım otağı, internet-klub, konfrans zalı və digər obyektlər daxildir. Mərkəzdə eyni vaxtda 800-ə yaxın şəxs istirahət edə bilir. Dörd tərəfdən meşə massivi ilə əhatə olunan istirahət mərkəzinin ərazisindən keçən çay və ərazinin biomüxtəlifliyinin qorunub saxlanması buranı istirahət üçün əlverişli məkana çevirir”.Səttar Möhbalıyev əlavə edib ki, təhsil işçilərinin, eləcə də həmkarlar ittifaqlarının bütün üzvlərinin səmərəli və mənalı istirahəti üçün bundan sonra da müvafiq addımlar atılacaq.9 (1).jpg 124.45 KB8 (1).jpg 203.55 KB7 (3).jpg 205.93 KB6 (2).jpg 123.85 KB5 (3).jpg 183.31 KB4 (3).jpg 306.61 KB3-1 (1).jpg 87.85 KB2-1 (1).jpg 193.99 KB
23.07.2024
Nəsimi rayonunda müəllimlər arasında “Fibonacci” intellektual yarışı keçirilib
Nəsimi rayonunun ümumi təhsil müəssisələrinin (14, 54, 111, 151, 159, 164, 211, 240, 247, 266 №-li məktəblər və Texniki-Humanitar Liseyi) müəllimlərdən ibarət komandaları arasında fibonaççi intellektual oyunu keçirilib.Oyun fibonaccinin ideya müəllifi, həmtəsisçisi Sənan Mahmudovun idarəçiliyi və ATİAHİ Nəsimi rayon komitəsinin sədri Reyhan Ocaqovanın təşkilatçılığı ilə baş tutub. Gərgin mübarizənin sonunda 211 nömrəli tam orta məktəbin "Qartal" komandası l-ci yeri, 14 nömrəli tam orta məktəbin "Zəfər" komandası 2-ci yeri, 247 nömrəli tam orta məktəbin "Simurq" komandası isə 3-cü yeri qazanıb.Qaliblərə hədiyyələr və diplomlar verilib.Qeyd edək ki, “Fibonacci”ni digər intellektual oyunlardan fərqləndirən cəhət sual və tapşırıq növlərinin rəngarəngliyi, yarışda Azərbaycan tarixi, coğrafiyası və mədəniyyətinə xüsusi yer verilməsidir.IMG-20240606-WA0015.jpg 138.95 KBIMG-20240606-WA0025.jpg 645.8 KBIMG-20240606-WA0021.jpg 235.15 KBIMG-20240606-WA0016.jpg 157.2 KBIMG-20240606-WA0017.jpg 139.84 KBIMG-20240606-WA0020.jpg 112.34 KBIMG-20240606-WA0023.jpg 85.89 KB
14.06.2024
ATİAHİ Respublika Komitəsinin XVIII hesabat-seçki konfransı keçirilib
Mayın 31-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) XVIII hesabat-seçki konfransı keçirilib.Konfransdan öncə ATİAHİ RK-nın sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev və konfransın nümayəndələri Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər çiçəklər düzülüb. Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri qoyulub.Şəhidlər xiyabanı da konfrans iştirakçıları tərəfindən ziyarət edilib, şəhid məzarlarına gül dəstələri düzülüb.Sonra Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) binasında ATİAHİ RK-nın konfransı başlayıb.ATİAHİ RK-nın və AHİK-in sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının, Pan Avropa Regional Şurasının, Ümumhəmkarlar İttifaqları Konfederasiyasının və Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyev iştirakçıları salamlayıb və konfransı açıq elan edib.Ardınca Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, şəhidlərimizin və dünyadan köçən ittifaq üzvlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.Reqlamentə uyğun olaraq, konfransın Rəyasət heyəti, Redaksiya, Mandat və Hesablayıcı komissiyaların tərkibi və Katibliyin üzvləri seçilib, gündəlik təsdiqlənib.Gündəliyə ATİAHİ RK-nın 2017-2024-cü illər üçün gördüyü işlərin hesabatı, Təftiş komissiyasının hesabatı, Məclisin yeni tərkibinin seçilməsi, Təftiş komissiyasının yeni tərkibinin seçilməsi, Azərbaycan Prezidentinə Müraciətin qəbul edilməsi və təşkilati məsələ (Məclis üzvləri, ATİAHİ RK sədri və sədrin müavinlərinin seçilməsi) barədə məsələlər daxil edilib.ATİAHİ RK-nın 2017-2024-cü illər üçün gördüyü işlərin hesabatı bağlı ATİAHİ RK-nın sədri Səttar Möhbalıyev çıxışı dinlənilib. O, əvvəlcə Azərbaycan həmkarlar ittifaqının güclü təşkilata çevrilməsində Ulu Öndər Heydər Əliyevin rolundan və göstərdiyi dövlət dəstəyindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hərtərəfli inkişaf göstəricilərindən, misilsiz qələbələrlə ölkəmizin ərazi bütövlüyünün təmin olunmasından, Böyük Qayıdış proqramından, eləcə də son illərdə təhsil sahəsində qazanılmış nailiyyətlərdən danışıb.ATİAHİ RK-nın fəaliyyəti ilə bağlı sədr bildirib ki, qurum öz funksiya və vəzifələrini layiqincə yerinə yetirmək üçün səylə çalışır: ”Hesabat dövründə Məclisin 9, Rəyasət heyətinin 53 iclası keçirilib. Müzakirəyə çıxarılmış məsələlər əsasən ittifaq üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi, təhlükəsiz iş şəraiti, istirahəti və müalicəsi ilə bağlı olub. İttifaqı üzvlərinin sayında əhəmiyyətli artım müşahidə edilib. Həmkarlar ittifaqları strukturu, üzvlük və qeydiyyat məsələləri təkmilləşdirilib. Ötən dövrdə şəhər, rayon və rayon hüquqlu təşkilatlara ittifaq üzvlərindən 440 932 müraciət daxil olub, bütün müraciətlər diqqətlə araşdırılıb, onlara lazımi köməklik göstərilib. Bu müraciətlərdən 6143-ü əmək hüquqlarının müdafiəsi, 5716-sı həmkarlar ittifaqı orqanlarının işi, 83617-si sosial-iqtisadi məsələlər, 345456-sı isə maddi yardımların verilməsi ilə bağlı olub. Daxil olmuş müraciətlərin 419625-i müsbət həll edilib. Bu dövrdə bütövlükdə AHİK-in və həmkarlar ittifaqı büdcəsi hesabına 31 min 942 ədəd yollayış alınıb və 55 min 126 nəfər ittifaq üzvü və onların ailə üzvlərinin istirahəti və müalicəsi təmin edilib”.Səttar Möhbalıyev Respublika Komitəsi tərəfindən hesabat dövründə yeni Kollektiv Saziş layihəsinin hazırlandığını, Elm və Təhsil Nazirliyinin müvafiq komissiyası ilə birlikdə müzakirə aparıldığını və 2017-2019, 2019-2021, 2021-2023 və 2023-2025-ci illər üzrə kollektiv sazişlərin imzalandığını deyib: “ATİAHİ RK-nın xidmətinə aid olan üzv təşkilatlar da kollektiv müqavilələr bağlayıb. Son yeddi ildə yüzlərlə ittifaq üzvü öz əvvəlki işinə bərpa edilib. COVID 19 pandemiyası ilə əlaqədar Respublika Komitəsi və üzv təşkilatlar tərəfindən karonavirusa yoluxmuş 64 139 ittifaq üzvünə maddi yardım göstərilib, 45 443 ailəyə isə ərzaq yardımı verilib. Bundan başqa, xeyli sayda qoruyucu vasitələr alınaraq həmkarlar ittifaqı üzvlərinə paylanılıb. Parlaq Qələbəmizlə başa çatan Vətən müharibəsində 760 nəfər təhsil işçisi döyüşlərə qatıldı. Onlardan 21 nəfəri şəhid oldu. ATİAHİ RK-nın maliyyə vəsaiti və tərtibatı ilə “Qəhrəman təhsil işçiləri” adlı kitab çap olunaraq şəhid ittifaq üzvlərimizin xatirəsi əbədiləşdirildi. Üzv təşkilatlar tərəfindən 15800 nəfərdən artıq müharibə iştirakçısı olan ittifaq üzvlərinə və şəhid ailələrinə maddi yardım və ərzaq bağlamaları verilib. Bununla yanaşı, şəhid ailələrinə, qazi və veteranlara 987 ədəd 1634 nəfərlik sanatoriya və istirahət yerlərinə yollayış verilib. Həmçinin Respublika Komitəsi 32 şəhid ailəsini himayəyə götürüb”.Çıxışın ardından hesabat ətrafında müzakirələr aparılıb, qurumun fəaliyyəti qənaətbəxş hesab olunaraq səsçoxluğu ilə təsdiqlənib. Eləcə də Təftiş komissiyasının hesabat məruzəsi dinlənilib və səsə qoyulub.Konfransda həmçinin Məclisin və Təftiş komissiyasının yeni tərkibi seçilib.Gündəlikdəki ATİAHİ RK sədrinin və müavinlərin seçilməsi məsələsinə də baxılıb. Bildirilib ki, üzv təşkilatlarda keçirilən yığıncaq və konfranslarda Səttar Suliddin oğlu Möhbalıyevin sədr vəzifəsinə namizədliyi irəli sürülüb və bugünkü konfransın müzakirəsinə verilməsi barədə qərarlar qəbul olunub. Bu qərar konfrans iştirakçıları tərəfindən də dəstəklənib və Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının, Pan Avropa Regional Şurasının, Ümumhəmkarlar İttifaqları Konfederasiyasının və Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının vitse-prezidenti, AHİK sədri, Milli Məclisin deputatı Səttar Suliddin oğlu Möhbalıyev açıq səsvermə yolu ilə yenidən ATİAHİ RK-nın sədri seçilib.Səttar Möhbalıyev ona etimad göstərən konfrans iştirakçılarına təşəkkür edib, bundan sonra da rəhbərlik etdiyi qurumun səmərəli fəaliyyəti, təhsil işçilərinin əmək hüquqlarının qorunması, onlar üçün normalara uyğun iş şəraitinin yaradılması, istirahətlərinin təşkili və sağlamlıqlarının qorunması istiqamətində daha səylə çalışacağını vurğulayıb.Eyni zamanda Hümbət Nağıyev sədrin birinci müavini, Mirzə Cəfərzadə isə müavin seçilib.Sonda konfrans iştrirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlanıb.2-6.jpg 232.84 KB1-7.jpg 142.98 KB4-7 (1).jpg 177.92 KB3-7.jpg 256.99 KB5-3.jpg 209.68 KB6-3.jpg 179.51 KB11-1.jpg 82.23 KB9-2.jpg 65 KB7-3 (1).jpg 82.13 KBE21A8969.JPG 1.97 MBE21A8981.JPG 2.34 MBE21A8988.JPG 2.36 MBE21A8990.JPG 2.21 MBE21A8991.JPG 2.1 MBE21A8993.JPG 2.31 MB8-5.jpg 205.41 KBE21A9022.JPG 4.54 MB
31.05.2024
Nəsimi rayonunda müəllimlər arasında voleybol yarışı keçirilib
Bakının Nəsimi rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş təhsil işçiləri arasında voleybol yarışı keçirilib. Yarışın açılış mərasimində çıxış edən ATİAHİ Nəsimi rayon komitəsinin sədri Reyhan Ocaqova Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu Azərbaycanın idman strategiyasından, bu sahədə əldə olunmuş nailiyyətlərdən, idmançılarımızın beynəlxalq yarışlarında qazandığı uğurlardan söz açıb. Bildirib ki, məhz bu siyasətin uğurlu davamı sayəsində bu gün ölkəmizdə idmanın kütləviliyi təmin olunub, bədən tərbiyəsi və idmanın inkişafı bütün ölkə ərazisini əhatə edib: “Cənab İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra bu hal ölkəmizdə geniş vüsət aldı, olimpiya hərəkatı, idman yüksələn xətlə dönməz inkişaf yolu tutdu. İdmançılarımız istər yerli, istər regional, istərsə də beynəlxalq yarışlarda böyk nailiyyətlərə imza atır, ölkəmizi ləyaqətlə təmsil edirlər. Azərbaycan həmçinin beynəlxalq idman yarışlarını etibarlı şəkildə təşkil edən ölkə statusunu qazanıb”.Onun sözlərinə görə, gənclərin sağlam şəraitdə böyüməsi, pis vərdişlərdən uzaq olması, ölkədə bədən tərbiyəsinin hərtərəfli inkişafı üçün bütün rayonlarda olimpiya idman kompleksləri tikilib. İşğaldan azad edilmiş ərazilərimizdə də idman qurğularının yaradılması nəzərdə tutulub.Reyhan Ocaqova eyni zamanda komandalara uğurlar arzulayıb. Sonra start götürən yarışlar gərgin idman mübarizəsi şəraitində keçib və komandaların maraqlı qarşılaşmaları ilə diqqət çəkib.Mayın 6-da isə final görüşü baş tutub, qaliblər mükafatlandırılıb. Reyhan Ocaqova qalib komandaları təbrik edib, onlara ATİAHİ Nəsimi rayon komitəsinin kubokunu, diplomunu və hədiyyələrini təqdim edib. 20240507_123727.jpg 180.9 KB20240507_123819.jpg 182.25 KB20240507_123848.jpg 169.12 KB20240507_123937.jpg 183.76 KB
22.05.2024
“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırılıb
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında “Ən yaxşı təqdimat” müsabiqəsi keçirilib.Müsabiqə Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Elm və Təhsil Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin təşkilatçılığı ilə baş tutub.Mayın 15-də müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi olub. Tədbirdə Baş nazirin müavini Əli Əhmədov, elm və təhsil naziri Emin Əmrullayev, mədəniyyət naziri Adil Kərimli, gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri, YAP-ın sədr müavini Tahir Budaqov, ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə millət vəkilləri, ali təhsil müəssisələrinin rəhbərləri və digər qonaqlar iştirak ediblər.“Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələri əsasında 7 nəfər I, 11 nəfər II, 16 nəfər III dərəcəli diplomla təltif olunub və onlara hədiyyələr təqdim edilib.
17.05.2024
Nəsimi rayonunda idman yarışı təşkil olunub
Bakının Nəsimi rayonunda təhsil işçiləri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş şahmat yarışı keçirilib.ATİAHİ Nəsimi rayon komitəsi tərəfindən təşkil olunan yarışın açılış mərasimində öncə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Ardınca çıxış edən komitənin sədri Reyhan Ocaqova yarış iştirakçılarını salamlayıb və uğurlar arzulayıb. O, yarışın məqsəd və vəzifələrindən danışıb. Həmçinin bildirib ki, xalqın təkidli tələbi ilə ölkə rəhbərliyinə gətirilən Ulu Öndər Heydər Əliyev bütün sahələrdə olduğu kimi, idmanın da inkişaf strategiyasını müəyyənləşdirdi. Bu istiqamətdə Azərbaycanda kompleks tədbirlər həyata keçirildi və qısa müddətdə böyük nailiyyətlərin əsası qoyuldu. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən dövlətimizin başçısı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə idmanın kütləviliyi daha da təmin olundu, bədən tərbiyəsi və idmanın inkişafı bütün ölkə ərazisini əhatə etdi, dünya şöhrətli yeni-yeni idmançılar yetişdi. Onun sözlərinə görə, bu gün Azərbaycan idmanın inkişaf səviyyəsinə görə, dünyanın aparıcı ölkələrindən biri hesab olunur. İdmançılarımız istər yerli, istər regional, istərsə də beynəlxalq yarışlarda böyk nailiyyətlərə imza atır, ölkəmizi ləyaqətlə təmsil edərək üçrəngli bayrağımızı ucaldırlar.Mərasimdə digər çıxışlar da dinlənilib, Heydər Əliyevin idman sahəsinə diqqət və qayğısından söz açılıb.Sonra yarış start götürüb və maraqlı anları ilə yadda qalıb. Qaliblərə rayon komitəsi tərəfindən fəxri fərman və pul mükafatı verilib.39b7cc1d-798c-4e25-be19-c97a0e625e0b.jpg 123.24 KB967be74b-d255-4643-bb22-2fba8429b39b.jpg 132.18 KBa3101b6c-0d36-498f-b62f-855cb361a684.jpg 129.75 KB9f563364-48c8-452b-81b0-a9b0f696da09.jpg 150.68 KB35b074b8-579e-46c8-a8b1-23ba1d07fea3.jpg 130.5 KB0babf2f9-3128-4863-ae87-5d82acf7e2eb.jpg 142.14 KB
29.04.2024
ATİAHİ RK Rəyasət heyətinin iclası keçirilib
Aprelin 1-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİ RK) Rəyasət Heyətinin geniş tərkibdə iclası keçirilib.ATİAHİ RK-nın sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev iclasın gündəliyi ilə Rəyasət heyəti üzvlərini tanış edib.“ATİAHİ RK-nın 2023-cü ilə dair ümumi illik statistik hesabatı barədə”, “İlk həmkarlar ittifaqı təşkilatlarında hesabat-seçki yığıncaqlarının yekunları və irəli sürülən təkliflər barədə”, “2023-cü ildə ATİAHİ RK-da və üzv təşkilatlarda vətəndaşların qəbulu, ərizə və şikayətlərinə baxılmasının vəziyyəti barədə”, “ATİAHİ-nin üzv təşkilatlarında AHİK-in 25.11.2009-cu il 6b 32 saylı tarixli qərarı ilə keçirilən “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” müsabiqəsinin yekunları barədə”, “2023-cü ilin yekunlarına görə ATİAHİ Respublika Komitəsinin büdcəsinin yerinə yetirilməsi barədə”, “2023-cü ildə həmkarlar ittifaqı üzvlərinin müalicə və istirahətinin təşkili ilə bağlı görülmüş işlər barədə” məsələlər öz əksini tapıb.İclasda gündəlikdə duran məsələlər ətrafında müzakirələr aparılıb, müvafiq qərarlar qəbul olunub.Sonda RK-nın sədri Səttar Möhbalıyev gələcək fəaliyyətlə bağlı rayon, şəhər və rayon hüquqlu həmkarlar ittifaqı komitələrinin sədrlərinə bir sıra tapşırıq və tövsiyələrini çatdırıb.3 (3).jpg 250.46 KB2 (4).jpg 80.32 KB7 (2).jpg 104.11 KB
01.04.2024
Paytaxtın 11 №-li Xüsusi təhsil məktəbində bayram şənliyi keçirilib
Nəsimi rayonunun 11 №-li Xüsusi Təhsil Məktəbində Novruz bayramı münasibətilə tədbir keçirilib. ATİAHİ Nəsimi rayon komitəsi ilə məktəbin ilk həmkarlar ittifaqının birgə təşkil etdiyi şənlikdə təhsil müəssisəsinin müəllim kollektivi iştirak edib. Nəsimi rayon komitəsinin sədri Reyhan Ocaqova çıxışında bildirib ki, Novruz xalqımızın mədəniyyətininin və incəsənətin güzgüsüdür. Milli mədəniyyətimizdə sülh, mehriban qonşuluq və tolerantlıq kimi ümumbəşəri dəyərləri bu bayram hərtərəfli təcəssüm etdirir. Xalqımızın sənətkarları Novruz bayramı haqqında mahnılar yazmış, filmlər çəkmişlər. Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Oqtay Zülfüqarov, Rəhilə Həsənova kimi görkəmli bəstəkarlar müxtəlif mahnılar yazmışlar. Həmçinin Novruz haqqında Novruzun çələngi və Ocaq kimi Azərbaycan filmləri də çəkilib. Bütün bunlar Novruzun xalqımız üçün nə qədər əziz və müqəddəs bir bayram olduğunu göstərir.Məktəbin direktoru Elvina Əsgərova isə qeyd edib ki, hər il ölkəmizdə qüdrətli dövlətimizin dəstəyi ilə xalqımız Novruz bayramını böyük həvəs və təmtərqala keçirir. Artıq əvvəlki illərdən fərqli olaraq, son illər bu bayrama yeni gözəllik qatılıb. Belə ki, əzəmətli Zəfərin xoş əhval-ruhiyyəsi ilə Novruz bayramı xalqımızın qəlbini oxşamaqla yanaşı, hər kəsin üzünə xoşbəxt təbəssüm bəxş edir. Gəlişi ilə sevinc və şadlıq gətirən bahar bayramı qoy hər zaman dövlətimizə və xalqımıza yeni nailiyyətlər qazandırsın. Bayram süfrəsi arxasında keçən tədbirdə digər çıxışlar da dinlənilib, təbriklər səslənib.Sonda fəal ittifaq üzvlərinə fəxri fərman və hədiyyələr verilib.IMG-20240313-WA0022.jpg 309.35 KBIMG-20240313-WA0023.jpg 168.7 KBIMG-20240313-WA0020.jpg 213.86 KBIMG-20240313-WA0021.jpg 303.31 KB
27.03.2024
ATİAHİ tərəfindən ali məktəb tələbələrinə adlı təqaüdlər verilib, intellektual oyunun qalibləri mükafatlandırılıb
2023/2024-cü tədris ilinin qış imtahan sessiyasının nəticələrinə görə ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) adlı təqaüdünün verilməsi və “Nə? Harada? Nə zaman?” intellektual oyunun qalibi olmuş tələbələrin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə ali məktəblərin tələbə həmkarlar ittifaqlarının sədrləri və tələbələr iştirak ediblər.Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev tədbirdə çıxışında bildirib ki, ATİAHİ RK-nın adlı təqaüdü 1995-ci ildə təsis edilib: “İndiyə kimi, 2914 tələbə bu təqaüddən yararlanıb. Bu gün isə daha 65 tələbəyə bu təqaüd təqdim ediləcək. Təqaüdün verilməsində məqsəd tələbələrdə elmə, təhsilə marağın artırılması və Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasətinə dəstək verməkdir. Respublika Komitəsinin fəaliyyətinin əsas istiqamətini gənclər təşkil edir. Hər il onların sosial vəziyyətinin yaxşılaşdırılması, tələbələr arasında idmanın inkişaf etdirilməsi, istedadlı gənclərin aşkara çıxarılması, onların elmə, təhsilə marağının artırılması, milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə edilməsi ilə bağlı mühüm tədbirlər həyata keçirilir. Bizim bu işləri görməkdə məqsədimiz gənclərin asudə vaxtını səmərəli keçirmək, zərərli vərdişlərdən uzaqlaşdırmaq, dövlətimizin gənclər siyasətinə dəstək olmaqdır”.Onun sözlərinə görə, Azərbaycanda gənclərin sağlam ruhda böyüməsi və layiqli vətəndaş kimi yetişməsi üçün ardıcıl və sistemli tədbirlər həyata keçirilir: “Möhtərəm Prezidentimiz gənclərimizin hərtərəfli inkişafı üçün bütün imkanlardan istifadə edir. Son 20 ildə gənclərlə bağlı atılan addımlar da bunun əyani sübutudur. İnanırıq ki, Azərbaycanın gənclər siyasəti bundan sonra da uğurla davam etdiriləcək, gənclərimiz Prezidentimizin ətrafında sıx birləşərək ölkəmizin inkişafına öz layiqli töhfələrini verəcəklər”.Sonda 65 tələbəyə ATİAHİ RK-nın adlı təqaüdü, intellektual oyunun 18 qalibinə isə diplom və pul mükafatı verilib.E21A7596.jpg 152.91 KBE21A7587.jpg 155.13 KBE21A7567.jpg 151.45 KBE21A7548.jpg 197.19 KBE21A7545.jpg 167.95 KB
15.03.2024
Nəsimi rayonunda qadınlar bayramı qeyd olunub
Bakının Nəsimi rayonunda 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.Nəsimi Rayon İcra Hakimiyyətinin və ATİAHİ Nəsimi rayon komitəsinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə qadın müəllimlər və şəhid ailələrinin qadın üzvləri iştirak ediblər.Çıxış edənlər bildiriblər ki, Ulu Öndər Heydər Əliyev ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verirdi, qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Bu gün ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər.Şəhid anası Alimə Cəfərova isə çıxışında Azərbaycan qadının rəşadətindən, şəhid analarının, onların həyat yoldaşlarının mətin iradəsindən danışıb. Vurğulayıb ki, məhz Azərbaycan qadınlarının yetirdiyi, tərbiyə etdiyi əsgər və zabitlər işğal altında olan Vətən torpağını azad edərək bizə böyük Qələbənin sevincini yaşatdılar.Tədbirdə həmçinin qadınların ünvanına təbriklər səslənib, onlara uğurlar arzulanıb. Sonda iştirakçı xanımlara bayram hədiyyələri verilib.
09.03.2024
5 №-li UGİM-də ittifaq üzvlərinə hesabat verilib
ATİAHİ Nəsimi rayon komitəsinin xidmətində olan 5 №-li Uşaq-Gənclər İdman Məktəbinin (UGİM) ilk həmkarlar ittifaqında hesabat-seçki yığıncağı keçirilib.Yığıncaqda ötən dövr ərzində ittifaqın gördüyü işlər, həyata keçirdiyi layihələr, əmək hüquqlarının müdafiəsi, işçilərin istirahətinin təşkili və sağlamlıqlarının qorunması istiqamətində atdığı addımlar barədə hesabatı dinlənilib.Həmçinin ittifaq üzvlərinin rəy və təklifləri səslənib, sualları cavablandırılıb.Eləcə də yığıncaqda ittifaqın yeni tərkibi formalaşıb, sədr seçilib.Nəsimi rayon komitəsinin nümayəndəsi tədbirdə iştirak edib, qarşıda duran vəzifələrdən danışıb, bəzi tapşırıq və tövsiyələrini verib.IMG-20240221-WA0019.jpg 131.98 KBIMG-20240221-WA0020.jpg 125.98 KBIMG-20240221-WA0017.jpg 136.5 KB
26.02.2024
Komitə sədri Reyhan Ocaqova şəhid ailəsinin üzvü ilə görüşüb
ATİAHİ Nəsimi rayon komitəsinin sədri Reyhan Ocaqova 247 №-li məktəbin müəllimi, şəhid ailəsinin üzvü Şəlalə Qarayeva ilə görüşüb.Ş.Qarayevanı doğum günü münasibətilə təbrik edən komitə sədri ona pedaqoji fəaliyyətində və şəxsi həyatında uğurlar arzulayıb. Bildirib ki, şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində hər zaman yaşayacaq, çünki onlar Vətənimizin bütövlüyü, dövlətimizin müstəqilliyi, xalqımızın firavanlığı uğrunda canlarından keçiblər. R.Ocaqova vurğulayıb ki, şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına dövlətimiz hərtərəfli dəstək olur, bu istiqamətdə ictimai təşkilatlar da xüsusi fəallıq göstərir. Əlavə edib ki, onlara qayğı hər kəsin müqqədəs borcudur.Ş.Qarayeva ona göstərilən bu diqqət və hörməti bütün şəhid ailələrinə olan münasibət kimi dəyərləndirib və təbrikə görə təşəkkür edib.Sonda müəllim komitənin Fəxri fərmanı ilə təltif olunub. Həmçinin ona doğum günü hədiyyələri verilib.IMG-20240125-WA0012 (1).jpg 162.74 KB
31.01.2024
Nəsimi rayonunda hesabat-seçki yığıncaqları keçirilir
ATİAHİ Nəsimi rayon komitəsinə aid ilk həmkarlar ittifaqı təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir.Yığıncaqlarda ötən dövr ərzində görülmüş işlər, həyata keçirilmiş layihələr barədə ittifaq üzvlərinə hesabatlar verilir, onların suallar cavablandırılır.Həmçinin ilk həmkarlar ittifaqlarına sədrlər seçilir. Səsvermə açıq keçirilir və seçkilər demokratik təşkil olunur. Fəal gənclər ittifaq üzvlərinin daha çox dəstəyini qazanır. Eləcə də seçkilərdə geder bərabərliyi nəzərə alınır.IMG-20240123-WA0011.jpg 125.39 KBIMG-20240123-WA0021.jpg 69.39 KBIMG-20240123-WA0023.jpg 69.5 KB20240124_140329.jpg 6.29 MB20240124_140457.jpg 6.24 MB20240124_140711.jpg 6.39 MB
31.01.2024
Bizimlə əlaqə