Nəsimi rayonunda qadınlar bayramı qeyd olunub
Bakının Nəsimi rayonunda 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.Nəsimi Rayon İcra Hakimiyyətinin və ATİAHİ Nəsimi rayon komitəsinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə qadın müəllimlər və şəhid ailələrinin qadın üzvləri iştirak ediblər.Çıxış edənlər bildiriblər ki, Ulu Öndər Heydər Əliyev ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verirdi, qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Bu gün ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər.Şəhid anası Alimə Cəfərova isə çıxışında Azərbaycan qadının rəşadətindən, şəhid analarının, onların həyat yoldaşlarının mətin iradəsindən danışıb. Vurğulayıb ki, məhz Azərbaycan qadınlarının yetirdiyi, tərbiyə etdiyi əsgər və zabitlər işğal altında olan Vətən torpağını azad edərək bizə böyük Qələbənin sevincini yaşatdılar.Tədbirdə həmçinin qadınların ünvanına təbriklər səslənib, onlara uğurlar arzulanıb. Sonda iştirakçı xanımlara bayram hədiyyələri verilib.
09.03.2024
5 №-li UGİM-də ittifaq üzvlərinə hesabat verilib
ATİAHİ Nəsimi rayon komitəsinin xidmətində olan 5 №-li Uşaq-Gənclər İdman Məktəbinin (UGİM) ilk həmkarlar ittifaqında hesabat-seçki yığıncağı keçirilib.Yığıncaqda ötən dövr ərzində ittifaqın gördüyü işlər, həyata keçirdiyi layihələr, əmək hüquqlarının müdafiəsi, işçilərin istirahətinin təşkili və sağlamlıqlarının qorunması istiqamətində atdığı addımlar barədə hesabatı dinlənilib.Həmçinin ittifaq üzvlərinin rəy və təklifləri səslənib, sualları cavablandırılıb.Eləcə də yığıncaqda ittifaqın yeni tərkibi formalaşıb, sədr seçilib.Nəsimi rayon komitəsinin nümayəndəsi tədbirdə iştirak edib, qarşıda duran vəzifələrdən danışıb, bəzi tapşırıq və tövsiyələrini verib.IMG-20240221-WA0019.jpg 131.98 KBIMG-20240221-WA0020.jpg 125.98 KBIMG-20240221-WA0017.jpg 136.5 KB
26.02.2024
Komitə sədri Reyhan Ocaqova şəhid ailəsinin üzvü ilə görüşüb
ATİAHİ Nəsimi rayon komitəsinin sədri Reyhan Ocaqova 247 №-li məktəbin müəllimi, şəhid ailəsinin üzvü Şəlalə Qarayeva ilə görüşüb.Ş.Qarayevanı doğum günü münasibətilə təbrik edən komitə sədri ona pedaqoji fəaliyyətində və şəxsi həyatında uğurlar arzulayıb. Bildirib ki, şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində hər zaman yaşayacaq, çünki onlar Vətənimizin bütövlüyü, dövlətimizin müstəqilliyi, xalqımızın firavanlığı uğrunda canlarından keçiblər. R.Ocaqova vurğulayıb ki, şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına dövlətimiz hərtərəfli dəstək olur, bu istiqamətdə ictimai təşkilatlar da xüsusi fəallıq göstərir. Əlavə edib ki, onlara qayğı hər kəsin müqqədəs borcudur.Ş.Qarayeva ona göstərilən bu diqqət və hörməti bütün şəhid ailələrinə olan münasibət kimi dəyərləndirib və təbrikə görə təşəkkür edib.Sonda müəllim komitənin Fəxri fərmanı ilə təltif olunub. Həmçinin ona doğum günü hədiyyələri verilib.IMG-20240125-WA0012 (1).jpg 162.74 KB
31.01.2024
Nəsimi rayonunda hesabat-seçki yığıncaqları keçirilir
ATİAHİ Nəsimi rayon komitəsinə aid ilk həmkarlar ittifaqı təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir.Yığıncaqlarda ötən dövr ərzində görülmüş işlər, həyata keçirilmiş layihələr barədə ittifaq üzvlərinə hesabatlar verilir, onların suallar cavablandırılır.Həmçinin ilk həmkarlar ittifaqlarına sədrlər seçilir. Səsvermə açıq keçirilir və seçkilər demokratik təşkil olunur. Fəal gənclər ittifaq üzvlərinin daha çox dəstəyini qazanır. Eləcə də seçkilərdə geder bərabərliyi nəzərə alınır.IMG-20240123-WA0011.jpg 125.39 KBIMG-20240123-WA0021.jpg 69.39 KBIMG-20240123-WA0023.jpg 69.5 KB20240124_140329.jpg 6.29 MB20240124_140457.jpg 6.24 MB20240124_140711.jpg 6.39 MB
31.01.2024
“Heydər Əliyev İli” çərçivəsində təşkil etdiyi idman yarışlarının qaliblərini mükafatlandırıb
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİ RK) tərəfindən “Heydər Əliyev İli” çərçivəsində təşkil olunmuş idman yarışlarının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.Mərasimdə ali təhsil müəssisələri arasında 6 idman növü üzrə Spartakiadanın, Bakı şəhərinin ümumtəhsil müəssisələrinin işçiləri arasında 5 idman növü üzrə yarışların, ali məktəb tələbələri arasında 8 idman növü üzrə XV Respublika Universiadasının və orta ixtisas təhsili müəssisələrinin 3 idman növü üzrə yarışların qalibləri iştirak ediblər.Öncə Azərbaycan dövlətinin qurucusu və banisi Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev bildirib ki, idman yarışlarını təşkil etməkdə məqsəd Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə hörmət və ehtiram göstərmək, xalqımızın milli sərvəti olan Ulu Öndərin zəngin və çoxşaxəli irsini örənmək və təbliğ etməkdir: “Bu tədbirlər həm ümumtəhsil məktəblərinin müəllimləri, həm də ali məktəblərin işçi və tələbələri tərəfindən böyük həvəslə qarşılanıb. Bu idman tədbirlərində mindən çox müəllim və yüzlərlə tələbə çıxış edib. Azərbaycanda idman sahəsində əldə olunan uğurların bünövrəsində əsası Ulu Öndər tərəfindən qoyulmuş idman siyasəti dayanır. Hələ Heydər Əliyevin Respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illərdə Azərbaycanda bütün sahələrin, o cümlədən idmanın gələcək inkişaf perspektivləri ciddi nəzərə alınmışdı. Bu illərdə ölkədə bir çox idman kompleksləri, qurğuları, zalları tikilmiş, idman meydançaları salınmış, böyük idman-sağlamlıq mərkəzləri yaradılmışdı. Ölkədə idmanın maddi-texniki bazasının yaradılması üçün çox işlər görülmüş, 1974-cü ildə Bakıdan başqa, Azərbaycanın 36 rayonunda 59 uşaq- gənclər idman məktəbi fəaliyyət göstərirdi. Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə 1993-cü ildə yenidən Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra da bu sahənin inkişafına öz diqqət və qayğısını əsirgəmədi”.Səttar Möhbalıyev qeyd edib ki, Ulu Öndərin idmanın inkişafı ilə bağlı əsasını qoyduğu strategiya bu gün uğurla davam etdirilir: “Kütləvi bədən tərbiyəsinin inkişafı, gənc nəslin sağlam böyüməsini təmin etmək məqsədi ilə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bir çox fərman və sərəncamlar, dövlət proqramları imzalanıb. Bakıda və bütövlükdə Azərbaycanda idman infrastrukturun yaradılması istiqamətində böyük işlər görülüb. Azərbaycanda idmanın kütləviliyi təmin edilir və olimpiya hərəkatı yüksək səviyyədədir. Hesab edirəm ki, idmanda əldə olunan uğurlarda kütləvi bədən tərbiyəsinin inkişafının da öz rolu var. Biz də həmkarlar təşkilatı hər zaman olaraq bu sahəyə diqqət ayırırıq. Vaxtaşırı olaraq tələbələr, müəllimlər arasında müxtəlif kütləvi idman yarışları təşkil olunur, universiadalar, spartakiadalar keçirilir. Biz idmanın kütləviliyinin təmin edilməsi və təhsil işçilərinin asudə vaxtının səmərəli təşkilinə istiqamətlənmiş fəaliyyətimizi bundan sonra da davam etdirmək əzmindəyik”.Sonra mükafatlandırma mərasiminə başlanılıb. Ali məktəb işçiləri arasında keçirilən Spartakiadanın 118, Bakı şəhərinin ümumtəhsil məktəblərinin işçiləri arasında keçirilən yarışların 130 qalibinə hədiyyə kuponu və diplomlar verilib.Eyni zamanda ali məktəb tələbələrinin XV Universiadasının və orta ixtisas təhsili müəssisələrinin yarışlarının ümumilikdə 300-ə yaxın qalibinə kubok, diplom və idman forması təqdim olunub.1-1.jpg 137.44 KB6 (1).jpg 152.75 KB5.jpg 222.23 KB4-1 (1).jpg 174.7 KB3-1.jpg 438.72 KB2-1.jpg 137.67 KB
15.01.2024
Nəsimi rayonunda Həmrəylik Günü münasibətilə tədbir keçirilib
ATİAHİ Nəsimi rayon komitəsinin təşkilatçılığı ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə 23 №-li məktəbdə tədbir keçirilib.Giriş sözü ilə çıxış edən Nəsimi rayon komitəsinin sədri Reyhan Ocaqova 2023-cü ildə görülmüş işlərdən, həyata keçirilən layihələrdən, o cümlədən “Heydər Əliyev İli” çərçivəsində təşkil olunan tədbirlərdən danışıb, növbəti ildə qarşıda duran vəzifələri və müəyyən olunmuş hədəfləri qeyd edib. O həmçinin cari ildə ölkəmizin qazandığı nailiyyətlərə toxunub, dövlətimizin suverenliyinin bütün ölkə ərazisində təmin olunmasından, Qarabağda separatizmə son qoyulmasından, eləcə də işğaldan azad edilmiş ərazilərimizdə aparılan tikiti-quruculuq işlərindən bəhs edib. İştirakçıları Həmrəylik Günü münasibətilə təbrik edən komitə sədri vurğulayıb ki, bayramın qeyd edilməsi bütün dünya azərbaycanlıları üçün artıq bir zərurətə, mənəvi ehtiyaca çevrilib: “Dünyada yaşayan 50 milyondan çox azərbaycanlı ilə əlaqə qurmaq, onlar arasında həmrəylik yaratmaq işində olduqca bu bayramın əhəmiyyəti var. Taleyüklü məsələlərində soydaşlarımız hər zaman həmrəy olurlar. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri əks-hücum əməliyyatı ilə işğal altında olan torpaqlarımızı düşməndən təmizləyərkən xarici ölkələrdə yaşayan soydaşlarımız möhtəşəm birlik nümayiş etdirdilər. Anti-Azərbaycan dairələrin məkrli təxribatlarının qarşısının alınmasında, müharibə həqiqətlərinin dünyaya çatdırılmasında qətiyyətlə mübarizə apardılar”.Tədbirdə 23 №-li məktəbin direktoru Nigar Hənifəyeva, məktəbin ilk həmkarlar ittifaqının sədri Südabə Həsənova və digərləri çıxışlar edərək cari ildə Azərbaycanın uğurlarından, sosial-iqtisadi nailiyyətlərdən, təhsil sahəsinə dövlətimizin qayğısından və müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlardan danışıblar.Sonda fəal ittifaq üzvləri fəxri fərmanla təltif olunub.IMG-20231225-WA0053.jpg 99.38 KBIMG-20231225-WA0028.jpg 205.08 KB
27.12.2023
Nəsimi rayonunda “Həmkarlar təşkilatının fəaliyyətində Heydər Əliyev fenomeni” adlı konfrans keçirilib
Bakının Nəsimi rayonunda təhsil işçilərinin iştirakı ilə “Həmkarlar təşkilatının fəaliyyətində Heydər Əliyev fenomeni” adlı konfrans keçirilib.“Heydər Əliyev İli” çərçivəsində baş tutan tədbir ATİAHİ Nəsimi rayon komitəsi tərəfindən təşkil olunub.Öncə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Konfransda çıxış edən ATİAHİ Nəsimi rayon komitəsinin sədri Reyhan Ocaqova həmkarlar ittifaqlarının inkişafında Ulu Öndər Heydər Əliyevin xidmətlərindən danışıb. Bildirib ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi əsasında yenidən ölkə rəhbərliyinə gəlməsi ilə bütün sahələrdə olduğu kimi, ictimai təşkilatların, o cümlədən həmkarlar ittifaqlarının da həyatında köklü dəyişikliklər baş verdi, ictimai proseslərdə daha yaxından iştirak etməyə başladı: “Həmçinin həmkarlar ittifaqları Ulu Öndərin xilaskarlıq missiyasın dəstəkləyərək əmək adamlarının sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, hüquq və mənafeylərinin qorunması, eləcə də ölkənin bütövlüyü, böhranın aradan qaldırılması üçün öz funksiyaları və səlahiyyətləri çərçivəsində proseslərdə aktiv iştirak edirdi.1994-cü ildə Ulu Öndərin şəxsi təşəbbüsü və nəzarəti altında keçmiş postsovet məkanında ilk dəfə olaraq Azərbaycanda “Həmkarlar ittifaqları haqqında” Qanun qəbul edildi. Bununla da qurumun cəmiyyətdəki fəaliyyətinin yeni prinsiplər əsasında tənzimlənməsi və vətəndaşlarımızın sosial-iqtisadi mənafelərinin qorunmasında fəal iştirakı üçün hüquqi baza yaranmış oldu. Təşkilatın fəaliyyəti genişləndirildi, əvvəlki nüfuzu özünə qaytarıldı, üzvlərin sayı artmağa başladı”. Reyhan Ocaqova vurğulayıb ki, Azərbaycanda bu qanunla yanaşı, həmçinin əməkçilərin sosial müdafiəsinə yönəlmiş çoxsaylı digər normativ-hüquqi aktların qəbulu, Beynəlxalq Əmək Təşkilatının əsas konvensiyalarının Milli Məclis tərəfindən ratifikasiyası ittifaqların normal işləməsi üçün münbit şərait yatdı: “Əmək, sosial, iqtisadi məsələlər barəsində qanunvericilik aktlarının hazırlanmasında həmkarlar ittifaqlarının hüquqları tanındı, Azərbaycan həmkarlar ittifaqları beynəlxalq həmkarlar ittifaqları hərəkatının tərkib hissəsinə çevrildi”. Tədbirdə digər çıxışlar da dinlənilib, Ulu Öndərin dövlətçilik siyasətindən, xilaskarlıq missiyasından danışılıb, həmkarlar ittifaqlarının tərəqqisinə verdiyi töhfələrdən bəhs olunub.Sonda fəal həmkarlar ittifaqı üzvlərinə fəxri fərman verilib. 20231221_142028.jpg 3.36 MB
25.12.2023
2022-2023-cü tədris ilinin yay imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdü təqdim edilib
Noyabrın 16-da 2022-2023-cü tədris ilinin yay imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) adlı təqaüdünün təqdim edilməsi mərasimi keçirilib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) təşkil olunan tədbirdə ATİAHİ Respublika Komitəsinin sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev çıxış edib. Sədr Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətindən danışıb, həmkarlar ittifaqı təşkilatları tərəfindən dövlət gənclər siyasətinə verilən dəstəkdən bəhs edib. Qeyd edib ki, ATİAHİ RK tərəfindən bu istiqamətdə müxtəlif intellektual oyunlar, idman yarışları təşkil olunur, gənclərin asudə vaxtlarının səmərəli təşkili ilə bağlı işlər görülür. Həmçinin aztəminatlı ailələrdən olan tələbələrin sosial təminatının gücləndirilməsi ilə bağlı da addımlar atılır. Belə ki, hər il Respublika Komitəsi tərəfindən aztəminatlı ailələrdən olan 220-dən artıq tələbə pulsuz yeməklə təmin olunur.Sonra qış imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə (65 nəfər) ATİAHİ RK-nın adlı təqaüdü təqdim edilib.Məlumat üçün qeyd edək ki, tələbələrdə elmə, təhsilə marağın artırılması məqsədilə 1995-ci ildə ATİAHİ RK-nın adlı təqaüdü təsis edilib. O vaxtdan bu günə qədər ali təhsil müəssisələrində qış və yay sessiyasının nəticələrinə görə uğur əldə etmiş 2849 nəfər tələbə bu təqaüddən yararlanıb.1-7.jpg 99.43 KB2-5 (1).jpg 151.12 KB7-2.jpg 157.91 KB6-4.jpg 159.07 KB5-5 (1).jpg 150.4 KB4-7.jpg 143.44 KB3-5 (1).jpg 153.55 KB
17.11.2023
ATİAHİ Respublika Komitəsi hesabat-seçkilərlə əlaqədar Quba rayonunda regional seminar keçirib
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi 2024-cü ildə keçirilməsi nəzərdə tutulan hesabat-seçki yığıncaqlarına hazırlıq məqsədi ilə zona seminarlarının keçirilməsinə başlayıb. İlk belə tədbir Quba rayonunda təşkil edilib. ATİAHİ Sumqayıt şəhər, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı və Qubadlı rayon komitələrinin sədrlərinin iştirak etdiyi seminarda ATİAHİ Respublika Komitəsinin Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov çıxış edib. Şöbə müdiri qeyd edib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin müvafiq qərarı ilə AHİK-in üzv təşkilatların bütün vəsilələrində 2024-cü il müddətində hesabat-seçki yığıncaqlarının keçirilməsi nəzərdə tutulmuşdur. E.Rüstəmov bildirib ki, istər əhatə dairəsinə, istərsə də bu sahədə çalışan insanların sayına görə təhsil Azərbaycanda ən böyük sosial institutlardan birini təşkil edir. ATİAHİ 5785 həmkarlar ittifaqı təşkilatını və 403484 həmkarlar ittifaqı üzvünü özündə birləşdirir: “2024-cü ildə keçiriləcək hesabat-seçkilər ATİAHİ-nin fəaliyyətində mühüm hadisələrdən biridir. Hesabat-seçkilər zamanlı təşkilat sədrlərinin bu illər ərzində gördüyü işlərlə bağlı hesabatı əhatəli olmalı, əldə olunmuş nailiyyətlər, çatışmazlıqlar qeyd olunmalıdır. Eyni zamanda həmkarlar ittifaqlarında həmrəyliyi təmin etmək, işçilərin sosial-iqtisadi mənafeyinin kollektiv müdafiəçisi olan həmkarlar ittifaqlarının maliyyə cəhətdən möhkəmləndirmək, onun rolunu bir daha artırmaq üçün qarşıdan gələn hesabat-seçki kampaniyasının imkanlarından maksimum istifadə edilməlidir. Hesabat-seçki yığıncaqlarının keçirilməsi zamanı Azərbaycan Respublikasının qanunvericiliyinin, ittifaqın nizamnaməsinin və digər normativ sənədlərin tələblərinə ciddi əməl edilməsinə nəzarət təmin olunmalıdır”. E.Rüstəmov qeyd edib ki, həmkarlar ittifaqı təşkilatlarının kadrlarla möhkəmləndirilməsi, ehtiyat kadrların hazırlanması və irəli çəkilməsi üzrə tədbirlər görülməlidir. Müəssisədə kollektiv arasında nüfuzu olan layiqli şəxslərin seçilməsi üçün şərait yaradılmalıdır: “Heç kimə sirr deyil ki, həmkarlar təşkilatlarının gücü ilk təşkilatlardadır. Bu baxımdan bizim qarşımızda duran mühüm vəzifələrdən biri ilk təşkilatların gücləndirilməsi və nüfuzunun artırılmasıdır. İlk təşkilatların güclü olması üçün isə başlıca şərt təşkilata layiqli və şəxsin rəhbərlik etməsidir. İttifaq üzvləri öz sərbəst seçiminizi etməli və təşkilatınızı daha da qabağa aparmağı bacaracaq bir şəxsi həmkarlar təşkilatına sədr seçilməsinə çalışmalıdır. Həmçinin təşkilatların seçkili orqanlarının formalaşdırılması zamanı gender bərabərliyi təmin edilməli, ölkəmizdə həyata keçirilən gəncləşmə siyasətinin həmkarlar ittifaqı təşkilatlarında da uğurla davam etdirilməsinə şərait yaradılmalıdır. İclaslar zamanı səsləndirilmiş tənqidi qeydlər ümumiləşdirilərək yuxarı həmkarlar ittifaqı təşkilatına təqdim edilməlidir. İnanırıq ki, üzv təşkilatlarda keçiriləcək hesabat-seçki yığıncaqları nöqsansız şəkildə təşkil ediləcək, bu seçkilər təşkilatımızın, ümumilikdə həmkarlar ittifaqı hərəkatının həyatında yeni inkişaf mərhələsinin başlanğıcı olacaqdır”.Sonra seminar diskussiya şəklində davam etdirilmiş, rayon komitəsi sədrləri qarşıda duran vəzifələrlə bağlı fikir mübadiləsi aparmış, suallar cavablandırılmışdır.
25.10.2023
Nəsimi rayonunda 5 Oktyabr - Müəllimlər Günü qeyd olunub
Bakının Nəsimi rayonunda 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.Tədbirin təşkilatçıları arasında ATİAHİ Nəsimi rayon komitəsi də yer alıb və görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Milli Məclisin deputatı Tamam Cəfərova, rayon məktəblərinin müəllimləri iştirak ediblər. Nəsimi rayon komitəsinin sədri Reyhan Ocaqova çıxış edərək müəllimlərin ölkəmizin həyatında rolundan, onların şərəfli missiyasından, müəllim adının ucalığından danışıb. Bildirib ki, cəmiyyətimizin mütərəqqi istiqamətdə inkişaf məhz müəllimlərin adı ilə bağlıdır: “Onların yetirmələri dövlətimizin müstəqilliyinin möhkəmləndirilməsi, dövlətçiliyimizin, ərazi bütövlüyümüzün qorunması, suverenliyimizin təmin olunması yolunda canlarından belə keçməyə hazır olublar. Həmçinin hər birimizin layiqli vətəndaş kimi yetişməsində müəllimlərimizin əvəzsiz xidmətləri olub. Odur ki, biz müəllim adının qarşısında hər zaman baş əyirik”.Tədbirdə digər çıxışlar da dinlənilib, müəllimlərin ünvanına təbriklər səslənib. Sonda tədbirdə iştirak edən müəllimlərə fəxri fərman və hədiyyələr verilib. IMG-20231005-WA0096.jpg 131.83 KBIMG-20231005-WA0103.jpg 110.69 KBIMG-20231005-WA0104.jpg 130.82 KBIMG-20231005-WA0106.jpg 135.36 KB
09.10.2023
Azərbaycan həmkarlar ittifaqlarının nümayəndələri Bakıda inşası davam etdirilən Zəfər parkında olublar
27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) rəhbərliyi və kollektivi, həmçinin quruma üzv təşkilatların rəhbərləri və əməkdaşları Bakıda inşası davam etdirilən Zəfər parkında olublar.Həmkarlar ittifaqlarının nümayəndələri parkın girişində xatirə daşının önünə gül dəstələri düzərək şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.3-16.jpg 153.8 KB1-21.jpg 219.72 KB2-11.jpg 264.06 KB
27.09.2023
Şəki-Zaqatala Regional Təhsil İdarəsi ilə kollektiv müqavilə imzalanıb
Şəki-Zaqatala Regional Təhsil İdarəsi ilə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) Şəki şəhəri, Qəbələ, Oğuz, Qax, Zaqatala və Balakən rayon komitələri ilə 2023-2025-ci illər üzrə Kollektiv Müqavilə imzalanıb.Müqaviləyə Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev və komitə sədrləri imza atıblar. Mərasimdə çıxış edən Bəhruz Mehdiyev Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının həyata keçirdiyi tədbirləri, bütövlükdə bu təşkilatın gördüyü işləri yüksək qiymətləndirib, işlərində uğurlar arzulayıb.Tədbirdə Kollektiv Müqavilənin müddəaları müzakirə olunub, təhsil işçilərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni maraqlarının müdafiəsi, habelə əməyin mühafizəsinin təşkili sahəsində Kollektiv Müqavilənin əhəmiyyəti vurğulanıb.
26.09.2023
AHİK “Heydər Əliyev İli” çərçivəsində gənclərin iştirakı ilə konfrans keçirib
Sentyabrın 7-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Azərbaycan gəncliyinin formalaşmasında və inkişafında Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilib.Xaçmaz rayonunun Nabran kəndində yerləşən “Təhsil” istirahət mərkəzinin konfrans zalında təşkil olunan tədbirdə AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, elm və təhsil nazirinin müşaviri Elnur Nəsibov, Konfederasiyanın əməkdaşları, ölkəmizin ali təhsil müəssisələrinin tələbələri və fəal gənclər iştirak ediblər.Öncə Azərbaycan dövlətinin qurucusu və banisi Ulu Öndər Heydər Əliyev başda olmaqla Vətənimizin azadlığı və müdafiəsi uğrunda şəhid olmuş oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.İştirakçıları salamlayan AHİK sədri Səttar Möhbalıyev Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu dövlətimizin gənclər siyasətindən danışıb, onun həm sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə, həm də müasir müstəqil Azərbaycanın Prezidenti olarkən gənclərə göstərdiyi diqqət və qayğıdan bəhs edib: “Heydər Əliyev Azərbaycan dövlətini yaratdı və bu gün siz gənclər həmin dövlətin xoşbəxt vətəndaşlarısınız. Ulu Öndər bu dövləti Sizin üçün qurdu, bu yolda bütün mənalı ömrünü xərclədi və yalnız xalqı, Vətəni, banisi olduğu dövləti üçün yaşadı. Heydər Əliyev sovet Azərbaycanın rəhbərliyinə gələrkən ölkəmiz ittifaq səviyyəsində geri qalan respublikalardan biri idi. Onun müdrik rəhbərliyi Azərbaycanın böyük sosial-iqtisadi inkişafına yol açdı, respublikamız iri sənaye ölkəsinə çevrildi”.“Gənclərimiz də hər zaman Ulu Öndərin diqqət və qayğısı ilə əhatə olunmuşdu. Biz həmin vaxtın gəncləri olaraq bunu öz həyatımızda hiss edirdik. O çalışırdı ki, azərbaycanlı gənclər elmli olsun, müasir biliklərə yiyələnsinlər. Xarici Dillər İnstitutu, İnşaat Mühəndisləri İnstitutu, Naxçıvan Pedaqoji İnstitutu, Qarabağda Pedaqoji İnstitut Heydər Əliyevin təşəbbüsü ilə həmin dövrdə yaradıldı. Şəxsən onun təşəbbüsü ilə SSRİ-nin Moskva, Leninqrad, Kiyev və başqa ali məktəblərində oxumağa göndərilən tələbələrin sayı hər il artırdı. Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması barədə təşəbbüsü isə onun polad iradəsini bir daha göstərdi”, – Səttar Möhbalıyev deyib.Onun sözlərinə görə, müdrik xalqımız Heydər Əliyevin qurucu, yaradıcı, təşəbbüskar ruhuna, Vətəninə olan sonsuz məhəbbətinə, qətiyyətli, qorxmaz iradəsinə ötən əsrin 70-ci illərindən yaxşı bələd idi: “Məhz bu səbəbdən idi ki, 90-cı illərin əvvəllərində düşdüyü ağır böhrandan çıxmaq üçün xalqımız Heydər Əliyevi hakimiyyətə gətirdi. Nəticə isə bu gün ortadadır. Bütün sahələrdə dinamik inkişaf edən, regionun lideri, dünyada böyük söz sahibi olan qalib Azərbaycan. Heydər Əliyevin müəyyən etdiyi dövlətimizin Gənclər Siyasəti sağlam ruhlu, sağlam düşüncəli, Vətəninə və dövlətinə sadiq, mənəviyyatca zəngin gənclərin yetişməsinə mühüm zəmin yaradıb”.AHİK sədri vurğulayıb ki, 2003-cü ildən başlayaraq dövlətimizin başçısı cənab İlham Əliyev gənclər siyasətinin inkişaf istiqamətini mövcud ənənələr əsasında daha da təkmilləşdirib: “Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu gənclərin istedadının üzə çıxarılması istiqamətində fəal iş aparır. Həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə xaricdə və ölkəmizdə reallaşan layihələr gənclərimizin fəallığının artırılmasında və onların fəaliyyətlərinin əlaqələndirilməsində mühüm rol oynayır”.10.jpg 71.67 KB9.jpg 51.6 KB8.jpg 75.94 KB7.jpg 67.62 KB6.jpg 51.11 KB5-2.jpg 68.04 KB4-1.jpg 60.04 KB3-2.jpg 98.65 KB2-2.jpg 136.83 KB1-5.jpg 86.31 KB
08.09.2023
ATİAHİ Respublika Komitəsinin nümayəndələri beynəlxalq konfransda iştirak ediblər
İyunun 6-dan 11-dək Qazaxıstanın Astana şəhərində Təhsil İşçilərininBeynəlxalq Konfransı keçirilib.Konfransda Azərbaycan, Belarus, Rusiya, Qırğızıstan və Tacikistanın təhsil işçiləri iştirak ediblər. Müasir dövrdə təhsilin vəziyyəti, bu sahədə tətbiq olunan yeniliklər, movcud təhsil sistemlərinin yeni çağırışlara uyğunluğu və digər məsələlər tədbirdə müzakirə mövzusu olub.Ölkəmizi konfransda ATİAHİ Xətai rayon komitəsinin sədri Maisə Hacıyeva və Qaradağ rayon komitəsinin sədri Zümrüd Rzayeva təmsil edib. Hər iki iştirakçı tədbirdə çıxış edib, ölkəmizin təhsil sistemindən, bu sahəyə olan dövlətin diqqət və qayğısından, azərbaycanlı gənclərin uğurlu göstəricilərindən danışıblar. Onlar həmçinin aparılan müzakirələrdə fikirlərini bölüşüblər.IMG-20230611-WA0028.jpg 147.97 KBIMG-20230611-WA0026.jpg 133.63 KBIMG-20230611-WA0025.jpg 85.66 KB
21.06.2023
Bakı şəhərində “Heydər Əliyev İli” ilə bağlı regional konfrans keçirilib
Bakı şəhərində “Heydər Əliyev İli” ilə bağlı regional konfrans keçirilib. ATİAHİ Respublika Komitəsinin təşkilatçılığı, ATİAHİ Nəsimi rayon komitəsinin ev sahibliyi ilə Bakı şəhəri 266 saylı tam orta məktəbdə təşkil edilən konfrans “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusuna həsr olunub. Tədbirdə ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov, ATİAHİ Nəsimi, Qaradağ, Səbail, Yasamal, Binəqədi, Nizami, Sabunçu, Xətai, Suraxanı, Xəzər, Pirallahı, Nərimanov rayon komitələrinin sədrləri və həmkarlar ittifaqı fəalları iştirak edib. Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin ruhunun yad edilməsi ilə başlanan konfransda Ümummilli lider Heydər Əliyevlə bağlı video çarxın nümayiş etdirilib. Konfransda ATİAHİ Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə, ATİAHİ Nəsimi rayon komitəsinin baş mütəxəssisi Yeganə Rəhimova, 211 №-li tam orta məktəbin müəllimi, ATİAHİ Nəsimi rayon komitəsinin Təftiş Komissiyasının üzvü Afaq Hacıyeva, ATİAHİ Nizami rayon komitəsinin sədri Sübut Əsədov, ATİAHİ Xəzər rayon komitəsinin sədri Həzərxan Əbilov və başqaları çıxış edib. Çıxış edənlər Ulu Öndərin Azərbaycanın müstəqilliyinin əldə olunması, qorunub saxlanması, ölkədə bütün sahələrin, o cümlədən həmkarlar ittifaqları sahəsinin inkişafında əvəzsiz xidmətlərindən danışıblar.
05.06.2023
Bizimlə əlaqə