5 №-li UGİM-də ittifaq üzvlərinə hesabat verilib

ATİAHİ Nəsimi rayon komitəsinin xidmətində olan 5 №-li Uşaq-Gənclər İdman Məktəbinin (UGİM) ilk həmkarlar ittifaqında hesabat-seçki yığıncağı keçirilib.
Yığıncaqda ötən dövr ərzində ittifaqın gördüyü işlər, həyata keçirdiyi layihələr, əmək hüquqlarının müdafiəsi, işçilərin istirahətinin təşkili və sağlamlıqlarının qorunması istiqamətində atdığı addımlar barədə hesabatı dinlənilib.
Həmçinin ittifaq üzvlərinin rəy və təklifləri səslənib, sualları cavablandırılıb.
Eləcə də yığıncaqda ittifaqın yeni tərkibi formalaşıb, sədr seçilib.
Nəsimi rayon komitəsinin nümayəndəsi tədbirdə iştirak edib, qarşıda duran vəzifələrdən danışıb, bəzi tapşırıq və tövsiyələrini verib.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo