Nəsimi rayonunda idman yarışı təşkil olunub

Bakının Nəsimi rayonunda təhsil işçiləri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş şahmat yarışı keçirilib.
ATİAHİ Nəsimi rayon komitəsi tərəfindən təşkil olunan yarışın açılış mərasimində öncə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ardınca çıxış edən komitənin sədri Reyhan Ocaqova yarış iştirakçılarını salamlayıb və uğurlar arzulayıb. O, yarışın məqsəd və vəzifələrindən danışıb. Həmçinin bildirib ki, xalqın təkidli tələbi ilə ölkə rəhbərliyinə gətirilən Ulu Öndər Heydər Əliyev bütün sahələrdə olduğu kimi, idmanın da inkişaf strategiyasını müəyyənləşdirdi. Bu istiqamətdə Azərbaycanda kompleks tədbirlər həyata keçirildi və qısa müddətdə böyük nailiyyətlərin əsası qoyuldu. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən dövlətimizin başçısı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə idmanın kütləviliyi daha da təmin olundu, bədən tərbiyəsi və idmanın inkişafı bütün ölkə ərazisini əhatə etdi, dünya şöhrətli yeni-yeni idmançılar yetişdi. Onun sözlərinə görə, bu gün Azərbaycan idmanın inkişaf səviyyəsinə görə, dünyanın aparıcı ölkələrindən biri hesab olunur. İdmançılarımız istər yerli, istər regional, istərsə də beynəlxalq yarışlarda böyk nailiyyətlərə imza atır, ölkəmizi ləyaqətlə təmsil edərək üçrəngli bayrağımızı ucaldırlar.
Mərasimdə digər çıxışlar da dinlənilib, Heydər Əliyevin idman sahəsinə diqqət və qayğısından söz açılıb.
Sonra yarış start götürüb və maraqlı anları ilə yadda qalıb. Qaliblərə rayon komitəsi tərəfindən fəxri fərman və pul mükafatı verilib.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo