Nəsimi rayonunda müəllimlər arasında voleybol yarışı keçirilib


Bakının Nəsimi rayonunda 8 Noyabr - Zəfər Günü münasibətilə müəllimlər arasında voleybol yarışı keçirilib.

ATİAHİ Nəsimi rayon komitəsinin təşkilatçılığı ilə baş tutan yarışın açılış mərasimində komitənin sədri Reyhan Ocaqova şanlı Zəfərin Azərbaycan tarixində yerindən, qələbəmizin əzəmətindən söz açıb. Bildirib ki, hər günü qəhrəmanlıq dastanı olan Ordumuzun 44 günlük Zəfər yolu xalqımızın şərəf tarixidir, bu müharibə təkcə işğal altında olan torpaqlarımızın azad olması ilə yadda qalmadı, həm də məğlub xalq sindromundan xilas olduq.

Daha sonra o, yarış iştirakçılarına uğurlar arzulayıb. Noyabrın 4-dən 18-dək davam edən yarış maraqlı və gərgin anları ilə yadda qalıb.

Yarışın qaliblərinə kubok, fəxri fərman və pul mükafatları verilib.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo