Komitə sədri Reyhan Ocaqova şəhid ailəsinin üzvü ilə görüşüb

ATİAHİ Nəsimi rayon komitəsinin sədri Reyhan Ocaqova 247 №-li məktəbin müəllimi, şəhid ailəsinin üzvü Şəlalə Qarayeva ilə görüşüb.
Ş.Qarayevanı doğum günü münasibətilə təbrik edən komitə sədri ona pedaqoji fəaliyyətində və şəxsi həyatında uğurlar arzulayıb. Bildirib ki, şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində hər zaman yaşayacaq, çünki onlar Vətənimizin bütövlüyü, dövlətimizin müstəqilliyi, xalqımızın firavanlığı uğrunda canlarından keçiblər. R.Ocaqova vurğulayıb ki, şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına dövlətimiz hərtərəfli dəstək olur, bu istiqamətdə ictimai təşkilatlar da xüsusi fəallıq göstərir. Əlavə edib ki, onlara qayğı hər kəsin müqqədəs borcudur.
Ş.Qarayeva ona göstərilən bu diqqət və hörməti bütün şəhid ailələrinə olan münasibət kimi dəyərləndirib və təbrikə görə təşəkkür edib.
Sonda müəllim komitənin Fəxri fərmanı ilə təltif olunub.  Həmçinin ona doğum günü hədiyyələri verilib.
IMG-20240125-WA0012 (1).jpg 162.74 KB

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo