Nəsimi rayonunun ümumi təhsil müəssisələrinin (14, 54, 111, 151, 159, 164, 211, 240, 247, 266 №-li məktəblər və Texniki-Humanitar Liseyi) müəllimlərdən ibarət komandaları arasında fibonaççi intellektual oyunu keçirilib.
Oyun fibonaccinin ideya müəllifi, həmtəsisçisi Sənan Mahmudovun idarəçiliyi və ATİAHİ Nəsimi rayon komitəsinin sədri Reyhan Ocaqovanın təşkilatçılığı ilə baş tutub. Gərgin mübarizənin sonunda 211 nömrəli tam orta məktəbin "Qartal" komandası l-ci yeri, 14 nömrəli tam orta məktəbin "Zəfər" komandası 2-ci yeri, 247 nömrəli tam orta məktəbin "Simurq" komandası isə 3-cü yeri qazanıb.
Qaliblərə hədiyyələr və diplomlar verilib.
Qeyd edək ki, “Fibonacci”ni digər intellektual oyunlardan fərqləndirən cəhət sual və tapşırıq növlərinin rəngarəngliyi, yarışda Azərbaycan tarixi, coğrafiyası və mədəniyyətinə xüsusi yer verilməsidir.