Nəsimi rayonunda “Həmkarlar təşkilatının fəaliyyətində Heydər Əliyev fenomeni” adlı konfrans keçirilib

Bakının Nəsimi rayonunda təhsil işçilərinin iştirakı ilə “Həmkarlar təşkilatının fəaliyyətində Heydər Əliyev fenomeni” adlı konfrans keçirilib.
“Heydər Əliyev İli” çərçivəsində baş tutan tədbir ATİAHİ Nəsimi rayon komitəsi tərəfindən təşkil olunub.
Öncə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda çıxış edən ATİAHİ Nəsimi rayon komitəsinin sədri Reyhan Ocaqova həmkarlar ittifaqlarının inkişafında Ulu Öndər Heydər Əliyevin xidmətlərindən danışıb. Bildirib ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi əsasında yenidən ölkə rəhbərliyinə gəlməsi ilə bütün sahələrdə olduğu kimi, ictimai təşkilatların, o cümlədən həmkarlar ittifaqlarının da həyatında köklü dəyişikliklər baş verdi, ictimai proseslərdə daha yaxından iştirak etməyə başladı: “Həmçinin həmkarlar ittifaqları Ulu Öndərin xilaskarlıq missiyasın dəstəkləyərək əmək adamlarının sosial-iqtisadi vəziyyətinin yaxşılaşdı­rılması, hüquq və mənafeylərinin qorun­ması, eləcə də ölkənin bütövlüyü, böhranın aradan qaldırılması üçün öz funksiyaları və səlahiyyətləri çərçivəsində proseslərdə aktiv iştirak edirdi.
1994-cü ildə Ulu Öndərin şəxsi təşəbbüsü və nəzarəti altında keçmiş postsovet məkanında ilk dəfə olaraq Azərbaycanda “Həmkarlar ittifaqları haqqında” Qanun qəbul edildi. Bununla da qurumun cəmiyyətdəki fəaliyyətinin yeni prinsiplər əsasında tənzimlənməsi və vətəndaşlarımızın sosial-iqtisadi mənafelərinin qorunmasında fəal iştirakı üçün hüquqi baza yaranmış oldu. Təşkilatın fəaliyyəti genişləndirildi, əvvəlki nüfuzu özünə qaytarıldı, üzvlərin sayı artmağa başladı”. Reyhan Ocaqova vurğulayıb ki, Azərbaycanda bu qanunla yanaşı, həmçinin əməkçilərin sosial müdafiəsinə yönəlmiş çoxsaylı digər normativ-hüquqi aktların qəbulu, Beynəlxalq Əmək Təşkilatının əsas konvensiyalarının Milli Məclis tərəfindən ratifikasiyası ittifaqların normal işləməsi üçün münbit şərait yatdı: “Əmək, sosial, iqtisadi məsələlər barəsində qanunvericilik aktlarının hazırlanmasında həmkarlar ittifaqlarının hüquqları tanındı, Azərbaycan həmkarlar ittifaqları beynəlxalq həmkarlar ittifaqları hərəkatının tərkib hissəsinə çevrildi”. Tədbirdə digər çıxışlar da dinlənilib, Ulu Öndərin dövlətçilik siyasətindən, xilaskarlıq missiyasından danışılıb, həmkarlar ittifaqlarının tərəqqisinə verdiyi töhfələrdən bəhs olunub.
Sonda fəal həmkarlar ittifaqı üzvlərinə fəxri fərman verilib. 
 
20231221_142028.jpg 3.36 MB

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo