Bakının Nəsimi rayonunda 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.
Tədbirin təşkilatçıları arasında ATİAHİ Nəsimi rayon komitəsi də yer alıb və görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Milli Məclisin deputatı Tamam Cəfərova, rayon məktəblərinin müəllimləri iştirak ediblər.
Nəsimi rayon komitəsinin sədri Reyhan Ocaqova çıxış edərək müəllimlərin ölkəmizin həyatında rolundan, onların şərəfli missiyasından, müəllim adının ucalığından danışıb. Bildirib ki, cəmiyyətimizin mütərəqqi istiqamətdə inkişaf məhz müəllimlərin adı ilə bağlıdır: “Onların yetirmələri dövlətimizin müstəqilliyinin möhkəmləndirilməsi, dövlətçiliyimizin, ərazi bütövlüyümüzün qorunması, suverenliyimizin təmin olunması yolunda canlarından belə keçməyə hazır olublar. Həmçinin hər birimizin layiqli vətəndaş kimi yetişməsində müəllimlərimizin əvəzsiz xidmətləri olub. Odur ki, biz müəllim adının qarşısında hər zaman baş əyirik”.
Tədbirdə digər çıxışlar da dinlənilib, müəllimlərin ünvanına təbriklər səslənib. Sonda tədbirdə iştirak edən müəllimlərə fəxri fərman və hədiyyələr verilib.