Qadınların cəmiyyətimizin inkişafındakı rolu müzakirə olunub
ATİAHİ Nəsimi rayon komitəsinin təşkilatçılığı ilə 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib. Tədbirdə rayonun təhsil müəssisələrində çalışan həmkarlar ittifaqı fəalları, ilk təşkilat sədrləri iştirak edib. Tədbirdə ATİAHİ Nəsimi rayon komitəsinin sədri Reyhan Ocaqova, 1 №-li UGİM-nın müəllimi Fərrux Qasımov, 19 №-li tam orta məktəbin müəllimi Samidə Həsənova və digərləri çıxış edərək qadınların cəmiyyətdəki rolundan danışıblar. Qeyd olunub ki, Azərbaycan qadınları hər zaman cəmiyyətimizin inkişafında öz töhvələrini veriblər. Həmçinin uşaqlarımızın və gənclərimizin ölkəmiz üçün layiqli vətəndaş kimi yetişməsində mühüm rol oynayıblar.
Tədbirin sonunda həmkarlar ittifaqı fəalı olan qadın müəllimlərə ATİAHİ Nəsimi rayon komitəsinin fəxri fərmanı və qoymətli hədiyyələr təqdim olunub.
Tədbir iştirakçıları həmkarlar ittifaqı təşkilatının hər zaman ittifaq üzvlərini diqqətdə saxladığını, onların əmək, sosial, iqtisadi hüquqları və qanuni mənafelərinin müdafiəsi üçün mühüm işlər görüldüyünü qeyd ediblər.