Bakının Nəsimi rayonunda Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş voleybol yarışı keçirib.
ATİAHİ Nəsimi rayon komitəsinin təşkilatçılığı ilə baş tutan yarışda təhsil işçilərinin komandaları mübarizə aparıb.
Yarışın açılış mərasimində Nəsimi rayon komitəsinin sədri Reyhan Ocaqova “Heydər Əliyevin təhsilə göstərdiyi diqqət və qayğı”, rayon icra hakimiyyətinin müavini Gülarə verdiyeva “Heydər əliyev və idman” mövzusunda çıxışlar ediblər.
Əsasən Ulu Öndərin təhsilə diqqət və qayğısından, bu sahənin inkişafı üçün həyata keçirilən islahatlardan, gənclərin yüksək səviyyədə təhsil alması üçün yaradılan şəraitdən, həmçinin Heydər Əliyevin ölkəmizdə idmanın inkişafı naminə addımlardan, onun bugünkü uğurlu nəticələrindən danışılıb. Çıxışlardan sonra idman yarışı başlayıb. Gərgin və maraqlı anları ilə yadda qalan yarışın qaliblərinə Nəsimi rayon komitəsi tərəfindən kubok, fəxri fərman və pul mükafatı verilib.