Nəsimi rayonunda şahmat yarışı təşkil edilib
Bakının Nəsimi rayonunda “Heydər Əliyev ili” çərçivəsində şahmat yarışı keçirilib.

ATİAHİ Nəsimi rayon komitəsinin təşkilatçılığı ilə yarış rayonun təhsil işçiləri arasında baş tutub.

Açılış mərasimində çıxış edən komitənin sədri Reyhan Ocaqova dövlətimizin idman sahəsinə olan diqqət və qayğısından, gənclərimizin bu sahədə qazadığı nailiyyətlərdən, ölkəmizdə idmanın kütləviliyindən, mötəbər beynəlxalq idman yarışlarının Azərbaycanda yüksək səviyyədə təşkilindən danışıb. Bildirib ki, bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır və uğrları bir-birini əvəzləyir.

Sonra yarışa start verilib. Gərgin və maraqlı keçən yarışın qalibləri rayon komitəsi tərəfindən diplomla təltif edilib, həmçinin onlara pul mükafatı verilib.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo