Nəsimi rayonunda 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.
ATİAHİ Nəsimi rayon komitəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə rayonun fəal qadın təhsil işçiləri iştirak ediblər.
Rayon komitəsinin sədri Reyhan Ocaqova çıxışında qadınların cəmiyyətdə rolundan, ölkəmizin ictimai-siyasi həyatında aktiv iştirakından, ədəbiyyat, mədəniyyət sahəsində yaradıcılığından danışıb və ölkəmizin bütün qadınlarını, o cümlədən xanım təhsil işçilərini bayram münasibətilə təbrik edib.
Digər çıxış edənlər qadınların fədakarlığından, sədaqətindən söz açıb, ölkəmizin inkişafında xidmətlərini yüksək dəyərləndiriblər.
Sonda qadın iştirakçılara hədiyyələr və pul mükafatı verilib.