Bakının Nəsimi rayonunda “Heydər Əliyev İli” çərçivəsində təhsil işçiləri arasında keçirilmiş idman yarışlarının fəal iştirakçıları üçün tur təşkil olunub.
ATİAHİ Nəsimi rayon komitəsi tərəfindən təşkil olunan turda müəllimlər Lənkəran və Lerik rayonlarına səfər ediblər. Səfər zamanı iştirakçılar sözügedən rayonların turist zonalarında olub, gözəl təbiət mənzərələrini seyr edib, fotolar çəkdiriblər. Həmçinin müəllimlər üçün süfrə açılıb, yerli mətbəxin təamlarından dadıblar.