Nəsimi rayon müəllimləri Şuşada və Qusarda olublar

AHİK-in üzv təşkilatı ATİAHİ RK Nəsimi rayon komitəsi 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə bir qrup ittifaq üzvünün Şuşaya səfərini təşkil edib.
Şuşaya səfəri bayram günü ilə əlaqədar ən yaxşı hədiyyə adlandıran müəllimlər tarixi-mədəni abidələrini ziyarət edib və şəhərdə aparılan abadlıq-quruculuq işləri ilə tanış olublar.
Cıdır düzündə olan müəllimlər təbiətin yaratdığı gözəllikdən zövq alıblar. Şərqi Zəngəzuru və Qarabağı, o cümlədən Şuşanı düməndən təmizləyən şəhidlərimizin əziz xatirəsini yad edən müəllimlər onların ruhlarına dualar oxuyub, vətənpərvərliklə bağlı şüarlar səsləndiriblər.
Vurğulanıb ki, böyük qəhrəmanlıqlar göstərən əsgər və zabitlərimizin təlim-tərbiyəsində, Vətənə sədaqət ruhunda yetişməsində müəllimlərin böyük əməyi var.
Bundan başqa, Nəsimi rayon komitəsi bir qrup ittifaq üzvünün Qusar rayonunda bir günlük istirahətini təşkil edib. Müəllimləri rayonun turistlər üçün maraqlı ərazilərində olub, səmərəli vaxt keçirib və rahat dincəliblər.
 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo