AHİK-in üzv təşkilatı ATİAHİ RK Nəsimi rayon komitəsi daim şəhid ailələrini diqqətdə saxlayır, əlamətdar günlərdə, bayramlarda onlara maddi və mənəvi dəstək olur.
5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə də rayon komitəsi şəhidlərimizi yad edib, ailələrinə bayram sovqatı verib.
Komitənin sədri Reyhan Ocaqova həmişə, o cümlədən bütün bayramlarda şəhid ailələrini yada salmağı hamının mənəvi borcu olduğunu bildirib: “Torpaqlarımızın azadlığı uğrunda canından keçmiş hər bir qəhrəmanımızın ruhu qarşısında baş əyirik. Onların əmanəti bizim başımızın tacı, gözümüzün nurudur. Prezident İlham Əliyev qurumları qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən edib.
Vətən müharibəsi dövründə və müharibədən sonrakı mərhələdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və onun üzv təşkilatları və həmkarlar ittifaqı komitələri daim dövlətimizin və ordumuzun yanında olub, milli həmrəylik nümayiş etdiriblər. Vətənin azadlığı, ərazi bütövlüyü uğrunda vuruşan hərbçilərimizə, onların ailələrinə, qazi və şəhid ailələrinə diqqət və qayğı göstərilməsi başlıca istiqamətə çevrilib, Ali Baş Komandanın bütün addımlarını dəstəkləyərək şanlı ordumuza maddi və mənəvi yardım göstəriblər”.
Sovqat verilən şəhid ailələrinin üzvləri göstərilən diqqət və qayğıya görə, həmkarlar ittifaqlarına təşəkkür ediblər.