Nəsimi rayon komitəsi layiqli əmək məsələlərinə  həsr olunmuş tədbir keçirib

AHİK-in üzv təşkilatı ATİAHİ RK Nəsimi rayon komitəsi 7 Oktyabr - Ümumdünya Layiqli Əmək Günü ilə əlaqədar tədbir keçirib. İştirakçıları salamlayan Nəsimi rayon komitəsinin sədri Reyhan Ocaqova bildirib ki, Prezident İlham Əliyevin sosial sahəyə xüsusi qayğısı və həyata keçirdiyi siyasətin mərkəzində insan amilinin dayanması layiqli əmək şəraitinin yaradılması istiqamətində də məqsədyönlü dövlət siyasətinin aparılmasına imkan verir. Respublikamızda standartlara uyğun əmək şəraitinin yaradılmasına, əməyin mühafizəsinin və texniki təhlükəsizlik qaydalarının təmin edilməsinə, istehsalatda baş verən qəza hallarının, əmək xəsarətinin və peşə xəstəliklərinin qarşısının alınması yönündə fəal dövlət siyasəti həyata keçirilir. Bu da imkan veriri ki, üzvləri üçün layiqli iş şəraitinin yaradılması istiqamətində həmkarlar ittifaqları daha fəal olsun.
Digər çıxış edənlər - 14 №-li məktəbin direktoru Rafael Hüseynov, 266 №-li məktəbin direktoru İradə Hüseynova, 247 №-li məktəbin müəllimi Günay Allahverdiyeva və başqaları layiqli iş yerlərinin yaradılması, layiqli əməkhaqqı, gənclərin məşğulluğu, gender bərabərliyinin təmin olunması və digər məsələlərdən danışıblar.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo